Bank Of Baku

Masallıda təbii fəlakətin fəsadları aradan qaldırılıb

Masallıda təbii fəlakətin fəsadları aradan qaldırılıb
# 13 oktyabr 2009 15:21 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Leysan yağışlarının Masallı rayonunun bir sıra yaşayış məntəqələrində törətdiyi fəsadlar artıq aradan qaldırılıb. Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində rayonda 2000-ə yaxın fərdi yaşayış evi sel sularının altında qalıb, onlardan 104-ü qəzalı, 54-ü isə tam yararsız vəziyyətə düşüb. Həyata keçirilən tədbirlərdən sonra vəziyyət indi normallaşıb, ərazi sel sularından tamamilə təmizlənib. Ağır texnikanın köməyi ilə sel sularından daha çox ziyan çəkən Boradigah və Ərkivan qəsəbələrindən, Mahmudavar, Hişkədərə, Sərçüvar, Kolatan, Qızılavar, Tüklə, Sığdaş və Bədəlan kəndlərindən keçən çay və suötürücü kanallar ağır texnikanın köməyi ilə genişləndirilib, lazım olan ərazilərdə isə yeniləri qazılıb. N.Abıyevin sözlərinə görə, bütün bunlarla yanaşı, rayonun Sərçüvar ərazi vahidliyindəki Korçaydan Xəzər dənizinə kimi 5 km-ə qədər qazıntı işlərinin aparılması da yerli icra strukturlarının gündəmindədir. Bu çay son 40 il ərazində təmizlənmədiyindən ərazidə suyun hündürlüyü 2 metrə çatıb və nəticədə örüş sahələri sel sularının altında qalıb.
Bundan əlavə seldən daha çox ziyan çəkən 300-dək ailəyə dövlət tərəfindən ərzaq yardımları verilib. Evləri qəza vəziyyətinə düşən sakinlər isə Fövqəlada Hallar Nazirliyi tərəfindən göndərilmiş çadırlarda yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində rayonda ümumilikdə 20 kilometrə yaxın məsafədə çayların, su tutarlarının və arxların təmizlənməsi, qazılması, eləcə də genişləndirilməsi işi başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR