Bank Of Baku

Avropa Komissiyasının ərzaq və baytarlıq üzrə ofisinin əməkdaşları Azərbaycana gəlib

Avropa Komissiyasının ərzaq və baytarlıq üzrə ofisinin əməkdaşları Azərbaycana gəlib
# 13 oktyabr 2009 16:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avropa Komissiyasının Sağlamlıq və İstehlakçıların Müdafiə üzrə Baş Direktorluğunun İrlandiyanın Qranj şəhərində yerləşən ərzaq və baytarlıq ofisinin əməkdaşları Laura Milanezi və Benua Soveroş Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin dəvəti ilə Azərbaycana gəlib. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, səfərdə məqsəd Azərbaycana qeydiyyata alınmış cins atların Avropa Birliyi üzvü olan dövlətlərə ixrac edilməsi ilə əlaqədar Dövlət Baytarlıq Xidmətinin fəaliyyətini qiymətləndirməkdir. Səfər oktyabrın 19-dək davam edəcək.

Avropa Komissiyasının ekspertləri öncə DBX rəhbərliyi və müvafiq şöbələrin mütəxəssisləri ilə görüşlər keçirəcək, atların idxal-ixracı ilə bağlı sertifikatlaşdırma proseduruna və heyvanların sağlamlığının qiymətləndirilməsinə diqqət yetirəcəklər. Onların daha sonra Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhər Baytarlıq İdarəsində, Respublika Baytarlıq Laboratoriyasında, Atçılıq Federasiyasında görüşləri, “Günay” İdman Klubuna, Binə Jokey Klubuna, Göygöl, Tovuz, Ağstafa, Şəmkir və Gəncəyə səfərləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR