Bank Of Baku

Dillər Universitetində Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçivəsində tədbir keçirilib

Dillər Universitetində Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçivəsində tədbir keçirilib
# 13 oktyabr 2009 21:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Dövlət Dillər Universitetinin (ADDU) Heydər Əliyev adına muzey-lektoriyasında Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı çərçivəsində tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fransanın Şarl de Qoll adına Lil 3 Universitetinin “Dil və mədəniyyətin didaktikası” master proqramının rəhbəri, professor xanım Mari Joze Barbo “Fransız dili müəllimi peşəsinin inkişafı”, Fransız dilinin İnternet, İKT vasitəsilə avtonom şəkildə öyrənilməsi və onun müəllimlərin fasiləsiz təhsilinə tətbiqi sahəsində mühazirələr söyləmək üçün oktyabrın 6-dan 18-nə kimi Bakıya dəvət olunub və ADU-da treninqlərə başlayıb. Oktyabrın 7, 8 və 9-da xanım Barbo Jorj Sand adına Bakı Fransız Mədəniyyət Mərkəzində ressurs-müəllim ola bilən iyirmi nəfərdən ibarət ADU-nun müəlliminə treninq-staj keçib. Oktyabrın 10-da xanım Barbo “Fransız dili müəllimi peşəsinin inkişafı” mövzusunda konfrans keçirib. Konfransdan sonra ADU-nun müəllimləri ilə görüşən xanım Mari Joze Barbo universitetin fransız dili kafedralarının rəhbərləri ilə görüşüb, onlarla gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirib.
Tədbirin keçirilməsində məqsəd dilçilik sahəsində Fransanın tanınmış mütəxəssisləri ilə ADDU-nun müəllim heyəti arasında mövcud əməkdaşlığı genişləndirmək və həyata keçirməkdir. Tədbir Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ADU-nun təşkilatçılığı ilə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR