Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 14 oktyabr 2009 11:43 (UTC +04:00)
Bakı. Kəmalə QUliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 1 m3/san azalaraq 217 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 3 , mis birləşmələri 6, Ağstafaçay su anbarında isə fenollar 2 və mis birləşmələri 5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 160 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan neft məhsulları 1,1, fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,59-6,75 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR