Bank Of Baku

Azərbaycanın Quba rayonunda torpaq sürüşməsi olub

Azərbaycanın Quba rayonunda torpaq sürüşməsi olub
# 14 oktyabr 2009 13:23 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Azərbaycanın Quba rayonunda torpaq sürüşməsi olub. APA-nın şimal bürosunun xəbərinə görə, sürüşmə Quba-Xınalıq yolunun 41-ci kilometrliyində Cek kəndi yaxınlığında qeydə alınıb. Yerli sakinlərin məlumatına görə, sürüşmə 4 gün əvvəl boş torpaq sahəsində başlayıb. Ötən gün səhər saatlarından isə sürüşmə yolun əsas hissəsini, uçurub və yol tamamilə bağlanıb. Kəndə yaxın 300 metrlik ərazi iri çatlar əmələ gəldiyi üçün hazırda təhlükəli vəziyyətdədir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin, rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri baxış keçirib. Hazırda ərazidə yolun bərpası istiqamətində işlər görülür.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov APA-ya açıqlamasında deyib ki, günün sonuna kimi yolun açılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR