Bank Of Baku

Hövsanda Olimpiya İdman Kompleksi istifadəyə veriləcək

Hövsanda Olimpiya İdman Kompleksi istifadəyə veriləcək
# 14 oktyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Azərbaycanda növbəti Olimpiya İdman Kompleksi istifadəyə veriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, yeni istifadəyə veriləcək kompleks Hövsan qəsəbəsində yerləşir. Nazir yaxın on gündə İsmayıllı rayonunda inşa edilmiş Olimpiya İdman Kompleksinin də açılışını keçirəcəklərini söyləyib: “Bu ilin sonuna kimi Ağdaş və Göyçay rayonlarında, daha sonra isə Astara, Cəlilabad və İmişlidə bu cür komplekslər istifadəyə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR