Bank Of Baku

Gənclər və idman naziri Qubada jurnalistlər üçün təşkil edilən düşərgə-təlim kursunun iştirakçılarını qəbul edib

Gənclər və idman naziri Qubada jurnalistlər üçün təşkil edilən düşərgə-təlim kursunun iştirakçılarını qəbul edib
# 14 oktyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gənclər və idman naziri Azad Rəhimov Gənclər Təşkilatları Milli Şurasının rəhbərlik etdiyi nazirliklə birgə Qubada jurnalistlər üçün təşkil etdiyi düşərgə-təlim kursunun iştirakçılarını qəbul edib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən nazir gənc jurnalistlər üçün belə bir düşərgənin təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, onların peşəkarlığının artırılmasında mühüm rol oynayacağını deyib. A. Rəhimov jurnalistlər üçün belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə söz verib.

Tədbirdə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov çıxış edərək jurnalistlərin peşəkarlığının artırılmasında belə təlim-düşərgələrin xüsusi rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, yaxın gələcəkdə bir qrup azərbaycanlı jurnalist Strasburqa aparılacaq və orada mətbuat nümayəndələrinə gənclərin problemlərinin işıqlandırılması, bu sahədə işləmək imkanları ilə bağlı beynəlxalq təcrübə öyrədiləcək.

Sonda Qubadakı təlim-düşərgədə uğurla iştirak edən jurnalistlərə sertifikatlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR