Bank Of Baku

TQDK ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib

TQDK ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib
# 14 oktyabr 2009 15:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbullu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin qərara uyğun olaraq 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilib. Beləliklə, II qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. II ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb. III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.
Əvvəlki illərdən fərqli olaraq Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.
Beləliklə, 2010-2011-ci tədris ilində I ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, fizika, kimya və xarici dil fənlərindən imtahan verəcəklər. I qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə biləcəklər.
II ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, xarici dil fənlərindən imtahan verəcəklər. II qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.
III ixtisas qrupunun abituriyentləri ana dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil fənlərindən imtahan verəcəklər. III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçəcəklər.
IV ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən imtahan verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR