Bank Of Baku

ABŞ hökuməti Gədəbəydə yeni su hovuzunun tikintisini maliyyələşdirib

ABŞ hökuməti Gədəbəydə yeni su hovuzunun tikintisini maliyyələşdirib
# 14 oktyabr 2009 23:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Kaunterpart İcma və Humanitar Yardım Proqramı (İHYP) çərçivəsində Gədəbəy rayonunun Düz-Rəsullu kəndində yeni su hovuzunun tikilməsinə həsr olunmuş rəsmi açılış mərasimi keçiriləcək.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimdə Gədəbəy rayon İcra Hakimiyyətinin və Kaunterpart İnternasional-ın nümayəndələri iştirak edəcəklər.
Bu layihə ABŞ Dövlət Departamentinin əməkdaşlığı və maliyyə dəstəyi ilə Counterpart International İHYP tərəfindən həyata keçirilən beşinci “Kiçik Təmir və Bərpa Layihəsi”dir. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən layihə üçün 12000 ABŞ dolları ABŞ Dövlət Departamenti, yerli icma və kənd sakinləri tərəfindən isə 7209 ABŞ dolları xərclənib.
Layihənin əsas məqsədi 72 tonluq su hovuzunun tikintisidir. Hovuz su sisteminin mərkəzi olmaqla 80-dən çox yerli əhalini, 250-dən çox orta məktəb şagirdini və məktəbin işçilərini, eləcə də 2007-ci ildə Kaunterpart tərəfindən inşa olunan tibb məntəqəsinin 10 işçisini və xəstələri içməli su ilə təmin edəcək.
Gədəbəy RİH-in başçısı Kamran Rzazadə tikilmiş su hovuzunun əhəmiyyətini vurğulayıb: "Mən belə hesab edirəm ki, Düz-Rəsullu kəndində tikilən su hovuzu müasir dünya standartlarına cavab verir və əhaliyə xidmət göstərilməsində mühüm rol oynayır”.
1997-ci ildən etibarən ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilmiş İHYP proqramı çərçivəsində Azərbaycana 60 milyon ABŞ dolları dəyərində olan 470 konteyner məcburi köçkünləri və qaçqınları, qocaları, əlilləri, çoxuşaqlı ailələri, kimsəsiz və ehtiyacı olan uşaqları humanitar yardım ilə təmin edir.
Counterpart International qeyri-kommersiya beynəlxalq ictimai inkişaf təşkilatı 1965-ci ildə yaradılıb və bu günə qədər dünyanın 35 ölkəsində proqramlar həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR