Bank Of Baku

Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi qeyd ediləcək

Sumqayıt Dövlət Texniki Kollecinin 50 illik yubileyi qeyd ediləcək
# 15 oktyabr 2009 07:50 (UTC +04:00)
Bakı – APA. Sumqayıt Dövlət Texniki Kollecinin yaradılmasından 50 il ötür. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, bu münasibətlə oktyabrın 21-də Səməd Vurğun adına Sumqayıt şəhər Mədəniyyət Sarayında yubiley tədbiri keçiriləcək.

Qeyd edək ki, kollec 1959-cu ildə Sumqayıt Kimya-Texnologiya Texnikumu adı altında yaradılıb. Azərbaycan prezidentinin 1999-cu il 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”na əsasən, Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və Təhsil Nazirliyinin 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmri ilə “Sumqayıt Texnologiya Texnikumu”nun adı dəyişdirilərək “Sumqayıt Dövlət Texniki Kolleci” adlandırılıb.

Hazırda kollecdə 146 müəllim çalışır, 1141 tələbə təhsil alır. Kollecdə 3 əyani (“Avtomobil nəqliyyatı”, “Gömrük və laboratoriya diaqnostikası”, “Əmək təlimi və iqtisadiyyat”) və 1 qiyabi şöbə fəaliyyət göstərir. Kollecin 19 tədris otağı, 7 laboratoriyası və mexaniki-çilingər emalatxanası var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR