Bank Of Baku

Yaxın günlərdə Azərbaycan ərazisində hava yağmursuz olacaq

Yaxın günlərdə Azərbaycan ərazisində hava yağmursuz olacaq
# 15 oktyabr 2009 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 23-26 dərəcə, axşam 19-21 dərəcə isti olacaq.

Oktyabrın 16-da hava dəyişkən buludlu, yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq. Şimal küləyi əsəcək, gecə arabir güclənəcək. Gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Oktyabrın 17-də havanın dəyişkən buludlu, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-19, gündüz 22-25 dərəcə isti olacaq.

Oktyabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 16-da hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 22-27, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Oktyabrın 17-18-də də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 21-26, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR