Bank Of Baku

RİTN-də şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

RİTN-də şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib
# 15 oktyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) icrası ilə əlaqədar tədbir keçirilib.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, yığıncaqda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin aktual məsələləri mövzusunda nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov, “Maraqlar toqquşmasının qarşısının alınması” mövzusunda Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Rauf Əliyev, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklər barədə komissiyanın Hüquq sektorunun aparıcı məsləhətçisi Mahir Məlikov çıxış ediblər.

Tədbir çərçivəsində korrupsiya anlayışı, qanunun tətbiq dairəsi, korrupsiya ilə əlaqədar hüquqpozmalar, etik tənzimləmənin əsas anlayışı və digər etik davranış qaydaları ətrafında geniş müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR