Bank Of Baku

Xaçmazda Babəkin heykəli qoyulub

Xaçmazda Babəkin heykəli qoyulub
# 15 oktyabr 2009 13:16 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Azərbaycanın Xaçmaz rayonunun Xudat şəhərində tarixi qəhrəmanı Babəkin abidəsinin açılış mərasimi keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, mərasimdə çıxış edənlər son beş il ərzində Xaçmaz rayonunda Azərbaycanın tarixi şəxsiyyətləri ilə bağlı 35-ə qədər abidə qoyulduğunu deyiblər. Eyni zamanda rayondakı bir sıra mədəniyyət müəssisələrində əsaslı yenidənqurma işlərinin aparıldığı qeyd edilib. Mərasim Heydər Əliyevin adını daşıyan Xudat Mədəniyyət Evinin əsaslı təmirdən sonra istifadəyə verilməsinin rəsmi açılışı ilə davam etdirilib.
Tədbirdə respublikanın incəsənət ustaları konsert proqramı ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR