Bank Of Baku

BMT Azərbaycan əhalisinin dövlət reyestrinin inkişafı layihəsi çərçivəsində tender keçirir

BMT Azərbaycan əhalisinin dövlət reyestrinin inkişafı layihəsi çərçivəsində tender keçirir
# 15 oktyabr 2009 13:22 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Birləşmiş Millətlər Təşkilatı “Azərbaycan əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı” layihəsi çərçivəsində tender elan edib.

Tender komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender çərçivəsində “Azərbaycan əhalisinin dövlət reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatı, zəruri lisenziya və avadanlığın satına alınması nəzərdə tutulur.

İddiaçılar tender təkliflərini noyabrın 9-dək BMT-nin Azərbaycan nümayəndəliyinə təqdim etməlidirlər.

Əlavə məlumatı oktyabrın 23-dək 404-42-47, 498-98-88 telefon nömrələrinə, [email protected]; [email protected] elektron poçt ünvanına müraciət edərək almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR