Bank Of Baku

Həftəsonu Bakıda FLEX proqramı üzrə imtahanların ilk mərhələsi keçiriləcək

Həftəsonu Bakıda FLEX proqramı üzrə imtahanların ilk mərhələsi keçiriləcək
# 15 oktyabr 2009 14:27 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrın 17-18-də Bakıda FLEX proqramı üzrə imtahanların ilk mərhələsi keçiriləcək. APA-nın ABŞ səfirliyinə istinadən yaydığı məlumata görə, 18 ildir həyata keçirilən FLEX proqramının finalına vəsiqə qazanan şəxslərə bir il ərzində ABŞ-da pulsuz təhsil almaq üçün şərait yaradılır. İmtahanlarda 1 yanvar 1993-cü ildən 15 iyul 1995-ci illərdə anadan olmuş, orta məktəblərin 9-11-ci şagirdləri iştirak edə bilərlər. Bakıda imtahanların ilk mərhələsi 23 saylı məktəbdə keçiriləcək. Sentyabrın sonlarında, oktyabrın əvvəllərində analoji imtahanlar Lənkəran, Şəki, Mingəçevir, Gəncə və Naxçıvanda da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR