Bank Of Baku

Hindistan Azərbaycan Assosiasiyasının sponsorluğu ilə internat məktəbdə içməli su üçün filtrasiya sistemi quraşdırılıb

Hindistan Azərbaycan Assosiasiyasının sponsorluğu ilə internat məktəbdə içməli su üçün filtrasiya sistemi quraşdırılıb
# 15 oktyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda fəaliyyət göstərən Hindistan Azərbaycan Assosiasiyasının sponsorluğu ilə Saray qəsəbəsində yerləşən 7 saylı internat məktəbində içməli su üçün filtrasiya sistemi quraşdırılıb. APA-nın məlumatına görə, bu gün Hindistanın Azərbaycandakı səfiri Debnat Şounun iştirakı ilə sistemin istifadəyə verilməsi mərasimi keçirilib. Almaniyanın Azərbaycandakı səfirinin xanımı Kanta Taludkar Stankinanın irəli sürdüyü və həyata keçirdiyi iyirmi layihədən biri olan təmiz su təchizatı sistemi internat evinin əsas mətbəxini və dörd mərtəbəli binanın bütün iş və oyun otaqlarını təhlükəsiz, içməli su ilə təchiz edib. Su filtrlərinin quraşdırılması Assosiasiyanın vitse-prezidenti Praşant Mişra tərəfindən həyata keçirilib. O ixtisasca mühəndisdir və uzun müddətdən bəri Azərbaycanda bizneslə məşğul olur.

Xeyriyyə işinin məqsədi barədə danışarkən Kanta Stankina əlil və valideyn himayəsindən məhrum uşaqlar arasında bu tip problemlərin sərhədsiz olduğunu qeyd edib və onların tənhalıq və köməksizliyinə yardım etməyin qlobal əhəmiyyəti olduğunu bildirib. Səfir Şou Hindistan icmasının töhvəsi ilə baş tutan kiçik lakin əhəmiyyətli tədbirin açılışını etməkdən məmnun olduğunu bildirib və Assosiasiyanın gələcəkdə xeyriyyə işlərini davam etdirəcəyinə ümid bəslədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR