Bank Of Baku

BMT baş katibi: “Qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub”

BMT baş katibi: “Qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub”
# 15 oktyabr 2009 14:53 (UTC +04:00)
BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Son hesablamalara əsasən, qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. 2009-cu ildə 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır. İqlim dəyişmələri problemi isə vəziyyəti daha da ağırlaşdıracaq. Builki Yoxsulluqla Mübarizə Gününün mövzusu “Uşaqlar və Ailələr Yoxsulluğa qarşı çıxış edirlər” adlanır. Biz etiraf edirik ki, uşaqlara sərmayə qoymaq və onların hüquqlarını qorumaq yoxsulluqla mübarizədə ən etibarlı vasitədir”.

Baş katib bildirib ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün qoyulacaq sərmayə böyük dəyişikliklərə gətirib çıxarda bilər: “Sərmayələr qoyulan bir sıra sahələrdə, məsələn AİDS-lə, vərəm, malyariya və vaksinasiya ilə qarşısı alına bilən xəstəliklərlə mübarizə sahəsində biz ürəkaçan irəliləyiş müşahidə edirik. Beş yaşına qədər uşaqların ölüm səviyyəsinin azaldılmasında da böyük uğur əldə etmişik. Yoxsulluqla mübarizədə vacib bir nöqtəyə gəlmişik. İndi müdafiəsiz insanların səslərini dünyaya çatdırmaq vaxtıdır və dünyanın öz vədlərini yerinə yetirmələrini təmin etmək zamanıdır. Düzgün sərmayə qoymaqla və konkret işlər görməklə qazandıqlarımız əsasında yarada, öhdəliklərimizi yerinə yetirə və hər bir kişini, qadını və uşağı öz potensiallarından istifadə etmək hüquqi ilə təmin edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR