Bank Of Baku

Azərbaycan gələn il vaxt etalonu almağı planlaşdırır

Azərbaycan gələn il vaxt etalonu almağı planlaşdırır
# 15 oktyabr 2009 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan gələn il vaxt etalonu almağı planlaşdırır. «APA-Economics» bildirdiyinə görə, bu barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

R.Həsənovun sözlərinə görə, bu il ABŞ-dan vaxt etalonunu almaq planlaşdırılsa da, müəyyən səbəblərdən məsələ təxirə salınıb: «Gələn il biz vaxt etalonlarını alıb ölkəyə gətirməyi planlaşdırırıq. Bu öz vəsaitimiz hesabına belə olsa, reallaşdırılacaq».

R.Həsənov onu da vurğulayıb ki, artıq çəki, temperatur, təzyiq etalonları alınaraq ölkəyə gətirilib. Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində ayrılmış 1 mln. avro texniki ardım hesabına isə yeni etalonlar alınaraq gələn ilin yanvar ayında Azərbaycana gətiriləcək. Hazırda Azərbaycanda etalonlarla işləyəcək mütəxəssislərə Avropa ölkələrində treninqlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR