Bank Of Baku

Ramiz Həsənov: “Azərbaycanda çörəyin satış məntəqələrinə daşınmasında və mağazalarda saxlanılmasında problemlər var”

Ramiz Həsənov: “Azərbaycanda çörəyin satış məntəqələrinə daşınmasında və mağazalarda saxlanılmasında problemlər var”
# 15 oktyabr 2009 16:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda çörəyin satış məntəqələrinə daşınmasında və mağazalarda saxlanılmasında problemlər var. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

«Çox zaman çörəyi avtomobillərin sərnişin salonunda, yük yerlərində daşıyırlar. Bu o qədər kütləviləşib ki qarşısını ala bilmirik. Cərimə sanksiyalarının da təsiri yoxdur. Təsəvvür edin ki, aylıq dövriyyəsi 200-300 manat dövriyyəsi olan kiçik bir sexə 5 min manat cərimə sanksiyasını necə tətbiq edək?», - deyə R.Həsənov vurğulayıb.

Komitə sədri onu da qeyd edib ki, bu problemin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR