Bank Of Baku

Tikişçi peşəsi üzrə peşə təlimi kursunu bitirən əlillərə şəhadətnamələr verilib

Tikişçi peşəsi üzrə peşə təlimi kursunu bitirən əlillərə şəhadətnamələr verilib
# 15 oktyabr 2009 18:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidməti tərəfindən Gənc Əlillərin Əmək və İstirahət Evində tikişçi peşəsi üzrə üç aylıq peşə təlimi kursunu bitirən əlillərə şəhadətnamələr təqdim edilib.

ƏƏSMN-dən «APA-Economics»ə verilən məlumata görə, şəhadətnamələrin təqdim edilməsi ilə yanaşı, 6 əlilə «Anqlo-Azərbaycan» tərəfindən tikiş maşını, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət komitəsi tərəfindən isə hər bir əlil müdavimə içərisində tikiş maşını olan mücrü hədiyyə edilib.

Qeyd edək ki, belə kursların təşkil edilməsində əsas məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən əlillərin potensial imkanlarından istifadə olunmaqla əmək bazarına şərait yaratmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR