Bank Of Baku

Uşaq bağçaları arasında idmanın hərbiləşdirilmiş növləri üzrə yarış keçirib

Uşaq bağçaları arasında idmanın hərbiləşdirilmiş növləri üzrə yarış keçirib
# 15 oktyabr 2009 19:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) «Uşaq İli» çərçivəsində Binəqədi rayonundakı 138 saylı uşaq bağçasında idmanın hərbiləşdirilmiş növləri üzrə yarış keçirib. Bu barədə APA-ya KHVTİC-dən məlumat verilib.

Bakı şəhər Təhsil İdarəsi ilə birlikdə keçirilən yarışda paytaxtın müxtəlif rayonlarından 10 uşaq bağçasının komandası pnevmatik tüfəngdən atıcılıq, velosiped sürmə və məsafədən idarə olunan avtomobilləri sürmə üzrə özlərini sınayıb. Məktəbəqədər müəssisələr arasında ilk dəfə keçirilən bu yarışda velosiped və məsafədən idarə olunan avtomobilləri sürmə növləri üzrə qalib gəlmiş şəxslərə idarə etdikləri avadanlıqlar və mükafatlar, atıcılıq yarışında yer tutan uşaqlara isə medal və qiymətli hədiyyələr verilib.

KHVTİC-nin rəisi polkovnik Novruzəli Orucov bildirib ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunun artırılması məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən yeni layihələrin həyata keçirilməsi, o cümlədən idmanın hərbiləşdirilmiş texniki növləri üzrə yarışların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR