Bank Of Baku

Bakı Slavyan Universitetində Fransa həftəsi keçiriləcək

Bakı Slavyan Universitetində Fransa həftəsi keçiriləcək
# 15 oktyabr 2009 23:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 19-24 oktyabr tarixlərində Bakı Slavyan Universitetində (BSU) Fransa həftəsi keçiriləcək.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Fransanın Nansi-2, Strasburq, Versal və İNALCO (Şərq Dilləri və Sivilizasiyaları İnstitutu) universitetlərinin tanınmış mütəxəssisləri iştirak edəcək. Tədbir çərçivəsində Nansi, Versal, Strasburq və İNECO universitetlərinin alimləri BSU-da “Fransa-Azərbaycan əlaqələri: dünən, bu gün və sabah”, “Müasir Avropa mədəniyyəti”, “Qafqaz və Yaxın Şərq mədəniyyəti XII-XXX əsr fransız yazıçılarının gözü ilə” və digər mövzularda mühazirələr oxuyacaqlar.

Qeyd edək ki, 20020-ci ildə BSU Fransanın İNALCO və 2009-cu ildə Nansi şəhərində yerləşən Nansi-2 universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR