Bank Of Baku

Azərbaycanın hüquq mərkəzi ilə Avstriya şirkəti birgə hüquq müəssisəsi yaratmaqla bağlı müqavilə imzalayıblar

Azərbaycanın hüquq mərkəzi ilə Avstriya şirkəti  birgə hüquq müəssisəsi yaratmaqla bağlı müqavilə imzalayıblar
# 16 oktyabr 2009 08:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Bakı Hüquq Mərkəzi (BHM) və Avstriyanın Lansky, Ganzger and Partner şirkəti birgə hüquq müəssisəsi yaratmaqla bağlı müqavilə imzalayıblar. APA-nın məlumatına görə, bununla bağlı adıçəkilən təşkilatların təmsilçiləri bu gün mətbuat konfransı keçiriblər. Lansky, Ganzger and Partner-in icraçı direktoru Qabriel Lanski bildirib ki, birgə müəssisə BHM Lansky, Ganzger and Partner MMC adlanacaq. Birgə müəssisənin pay bölgüsünün tərəflər arasında 50 faiz təşkil etdiyini bildirən Q. Lanskinin sözlərinə görə, Avropada hüquqpozmaları az olduğundan hüquq şirkətləri demək olar ki, işsiz qalıblar: “Burada isə bizim işimiz çoxdur. Biz araşdırmalardan sonra belə qərara gəldik ki, hər hansı xarici təşkilatın gəlib Azərbaycanda işləməsi ciddi effekt vermir. Ona görə də birgə müəssisə yaratmaq qərarı verdik”. O, birgə müəssisənin vətəndaşlara hüquqi xidmətlə bərabər tələbə və gənc hüquqşünasların Avropada təhsilini təşkil etmək istiqamətində fəaliyyət göstərəcəyini də bildirib.

BHM-in direktor müavini Fariz Məmmədov isə bildirib ki, onlar təkcə Azərbaycanda deyil, Mərkəzi Asiyada da birgə fəaliyyət göstərmək fikrindədirlər: “Bu vaxta qədər digər sahələrdə Azərbaycanla xarici şirkətlər arasında birgə müəssisə yaradılıb. Amma hüquq sahəsində ilk birgə müəssisəni biz yaradırıq”. F. Məmmədov bildirib ki, yaradılan birgə müəssisə müddətsiz nəzərdə tutulub və burada tərəflərin nümayəndələri bərabər hüquqlu olaraq fəaliyyət göstərəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR