Bank Of Baku

Almaniyanın sosial sığorta və təminat üzrə nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir

Almaniyanın sosial sığorta və təminat üzrə nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir
# 16 oktyabr 2009 09:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) nümayəndə heyəti oktyabrın 20-24-də Azərbaycanda səfərdə olacaq.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyer, BSTA-nın xüsusi komissiyasının sədri, Almaniya sənayesində Bədbəxt Hadisələrdən İcbari Sığorta Təşkilatının İdarə Heyətinin sədri Olaf Petermannın və digərləri daxildir.

Səfərin əsas məqsədi DSMF ilə əlaqələri daha da inkişaf etdirmək və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə tədbirlərlə bağlı müzakirələr aparmaqdır. BSTA-nın xüsusi komissiyası və texniki komissiyası çərçivəsində 2010-cu ilin yazında Azərbaycanda birgə beynəlxalq seminarların keçirilməsi məsələsi də səfər zamanı diqqət mərkəzində olacaq. BSTA-nın təşəbbüsü ilə Azərbaycanda keçiriləcək seminarın mövzusu “Enerji sektorunda peşə xəstəliklərinin qarşısının alınması, sığortalanma və reabilitasiyanın təminatı” olacaq. Bununla yanaşı, tədbirdə Avropada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanma sahəsində cari problemlərin icmalı və başqa bu kimi məsələlərin müzakirəsi planlaşdırılır.

BSTA rəsmilərinin Azərbaycana planlaşdırılan səfəri zamanı həmçinin Azərbaycanla Almaniya arasında əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində və bir sıra digər nazirliklərdə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan DSMF 2004-cü ilin sentyabrında BSTA-nın büro üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR