Bank Of Baku

Kolbasa istehsal edən müəssisələrdə monitorinq keçiriləcək

Kolbasa istehsal edən müəssisələrdə monitorinq keçiriləcək
# 16 oktyabr 2009 09:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ölkənin tanınmış kolbasa istehsalçıları olan “SAB”, “Kral”, GF Cristal”, “Səhliyalı”, “Sevimli dad” və “ELBA 999” şirkətlərinin ötən ay təsis etdikləri Ət və Ət Məhsulları Məmulatları İstehsalçıları Assosiasiyası kolbasa istehsal edən müəssisələrdə daxili monitorinqlər keçirəcək. Bu barədə APA-ya Assosiasiyanın sədri Fuad Qulubəyov bildirib. Onun sözlərinə görə, dövlət qeydiyyatına alındıqdan sonra Assosiasiya öz emblemini təsis edəcək: “Assosiasiyaya üzv olacaq bütün kolbasa istehsal edən müəssisələrdə müstəqil texnoloqlar vasitəsilə monitorinqlər aparılacaq. Gigiyenik tələblərə cavab verməyən kolbasalara emblem vurulmayacaq. Əsas məqsədimiz bazara keyfiyyətli məhsulun çıxarılmasına və istehsalın artırılmasına nail olmaqdır. Nöqsanlar aşkar edilən müəssisələrə isə bu nöqsanları düzəltmək üçün vaxt veriləcək”. F. Qulubəyov deyib ki, artıq Assosiasiyaya üzv olmaq üçün daha 6 kolbasa istehsalçısı müraciət edib. Qeyd edək ki, hazırda Azərbaycanda kolbasa istehsalı ilə məşğul olan 18 müəssisə dövlət qeydiyyatından keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR