Bank Of Baku

Bakıda 14 ictimai-iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb

Bakıda 14 ictimai-iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
# 16 oktyabr 2009 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) paytaxtda fəaliyyət göstərən 14 ictimai-iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu barədə APA-ya GEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 2-dən başlayan monitorinqlər və reydlər zamanı ictimai-iaşə sahəsində xidmətlə bağlı çoxsaylı nöqsanlar aşkar edilib: “Bu obyektlərdə çalışan işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsi, tibbi müayinədən keçməsi, bu müəssisələrdəki ərzaqların düzgün emal olunması, düzgün saxlanması, soyuducularda saxlanma mexanizminə riayət olunması, işlədilən qabların yuyulması, dezinfeksiyaedici məhsullardan istifadə olunması ilə bağlı çoxsaylı nöqsanlar aşkar etmişik. Bu nöqsanlara görə 120 nəfər haqqında inzibati qaydada cərimə sanksiyası tətbiq olunub. Onların bəziləri 50 manat, əksəriyyəti isə 100-200 məbləğində cərimə olunub. Bu obyektlərin içərisində kiçik kafelər, yeməkxanalar, çayxanalar, pivə barları və bir neçə şadlıq evi də var. 14 müəssisənin fəaliyyəti isə dayandırılıb. Bu müəssisələrdə nöqsanlar o həddədir ki, artıq onlar həmin nöqsanlarla fəaliyyət göstərə bilməzlər. Bu müəssisələrin bəzisində qab yuma sahələri yoxdur. Bəzilərində ictimai-iaşə müəssisələri üçün nəzərdə tutulmuş soyuduculardan deyil, məişət soyuducularından, sınmış qablardan, alüminium tavalardan istifadə olunur. Bəzi obyektlərdə isə məişət qabları uzun müddət yuyulmadığından qaralmış vəziyyətdədir”.

İ. Abdullayevin sözlərinə görə, monitorinqlər ayın sonuna qədər davam edəcək. Ümumilikdə isə ilin əvvəlindən indiyə qədər sosial xidmət obyektlərdə aparılan monitorinqlər zamanı aşkar edilmiş nöqsanlar nəticəsində 1400-dək müəssisə ilə bağlı cərimə sanksiyası tətbiq edilib. Onlardan 40 faizə qədərini ictimai-iaşə müəssisələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR