Bank Of Baku

Gəncədə əmək yarmarkası keçirilib

Gəncədə əmək yarmarkası keçirilib
# 16 oktyabr 2009 12:02 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Bu gün Gəncədə 36-sı dövlət, 46-sı özəl olmaqla 76 müəssisə və təşkilat birgə əmək yarmarkası keçirib. APA-nın qərb bürosunun məlumatına görə, yarmarkada yerli əhaliyə 800 vakant iş yeri təklif olunub və 300-dən çox insan iş yeri ilə təmin olunub.

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Baş Məşğulluq İdarəsinin baş məsləhətçisi Xətai Mehralıyev APA-ya bildirib ki, Gəncədə ilk belə yarmarka 1997-ci ildə keçirilib və bu, sayca 12-ci yarmarkadır. Bu tədbirlərin nəticəsi olaraq təkcə bu il ölkə üzrə 600-dən artıq gənc müxtəlif ixtisaslı peşə təlimlərinə cəlb edilib. X.Mehdiyev bu yarmarkanın cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə keçirilən sonuncu tədbir olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR