Bank Of Baku

Bakıda keçiriləcək Yeniyetmələrin VI Beynəlxalq elm olimpiadasında iştirak etmək üçün artıq 45 ölkə müraciət edib

Bakıda keçiriləcək Yeniyetmələrin VI Beynəlxalq elm olimpiadasında iştirak etmək üçün artıq 45 ölkə müraciət edib
# 16 oktyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin VI Beynəlxalq elm olimpiadasında iştirak etmək üçün artıq 45 ölkə müraciət edib. Azərbaycan Gənclər və İdman nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, loqosu “Buta” simvolu olan Olimpiada Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələrinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Olimpiadaya hazırlıq məqsədilə artıq Təhsil və Elm Komitələri, eyni zamanda, Olimpiadanın keçirilməsinə məsul qurumların nümayəndələrinin iştirakı ilə İşçi qrup yaradılıb. Olimpiada zamanı veriləcək suallarla bağlı milli mütəxəssislərin iştirakı ilə fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment tapşırıqları hazırlanıb. Təcrübə üçün avadanlıq xarici ölkələrin şirkətlərindən sifariş verilib. Olimpiada zamanı Azərbaycana gələcək tələbələr, onların müəllimləri, müşahidəçilər üçün ölkənin tarixi və mədəniyyəti ilə tanışlıq üçün 6 səyahət marşrutu seçilib. Qonaqların müşahidəsi üçün 100-dək ingilisdilli könüllü müəyyənləşdirilib və onlar üçün əlavə hazırlıq keçirilib.

Qeyd edək ki, olimpiadaya dünyanın 50 ölkəsindən çox 15 yaşlı yeniyetmələr qatılacaq.
Sualların ingilis dilində olacağı olimpiadada yeniyetmələr eyni vaxtda üç - fizika, kimya və biologiya fənləri üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR