Bank Of Baku

Gələn həftə Bakıda Koreya universitetlərinin təhsil sərgisi keçiriləcək

Gələn həftə Bakıda Koreya universitetlərinin təhsil sərgisi keçiriləcək
# 16 oktyabr 2009 14:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Oktyabrın 20-də Bakıda Koreya universitetlərinin təhsil sərgisi keçiriləcək. Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgidə Koreyanın 13 nüfuzlu ali təhsil müəssisəsi – Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu, Koreya, Sunçunyanq, Kyunq Puk Milli, Mokro Milli, Pusan Milli və digər ali məktəbləri iştirak edəcək. Sərgi Azərbaycan Təhsil Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi, SEBA və Koreya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək. Sərgi iştirakçıları Koreyanın nüfuzlu universitetləri vasitəsi ilə bu ölkənin təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq üçün imkan əldə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR