Bank Of Baku

Amerika Hüquqşünaslar Assosiasiyası Şirvan sakinlərinə hüquqi yardım göstərib

Amerika Hüquqşünaslar Assosiasiyası Şirvan sakinlərinə hüquqi yardım göstərib
# 16 oktyabr 2009 19:27 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ) Hüquqi Yardım Mərkəzinin hüquqşünasları Şirvan sakinləri ilə görüş keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna ABA-CEELİ-nin səyyar hüquqşünasları məlumat verib.

Məlumata görə, Şirvan Regional İnformasiya Mərkəzində Amerika Hüquqşünaslar Assosiasiyasının hüquqşünasları “Səyyar Hüquqşünaslar proqramı” layihəsi çərçivəsində şəhər sakinlərlə görüşüb. Gün ərzində mərkəzin iki hüquqşünası vətəndaşların şikayətlərini dinləyərək, onlara hüquqi yardımlar göstəriblər. Görüşdə assosiasiyanın hüquqşünasları Mehriban Ovçuyeva və Günel Əbdürrəhmanova iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR