Bank Of Baku

Azərbaycanda təhsil sektoruna yatırılan investisiyaların həcmi 220 mln. manata çatıb

Azərbaycanda təhsil sektoruna yatırılan investisiyaların həcmi 220 mln. manata çatıb
# 17 oktyabr 2009 09:32 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA. Azərbaycanın təhsil sahəsinə ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 mlrd. manata, investisiya qoyuluşlarının həcmi isə 5,8 mln. manatdan 220 mln. manata yüksəlib. APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasında təhsil naziri Misir Mərdanov bildirib.

M.Mərdanovun sözlərinə görə, dünya iqtisadi böhranına baxmayaraq, cari ildə Azərbaycanda təhsil sektoruna investisiya xərcləri 45 mln. manat təşkil edib: «Təhsil haqqında» qəbul olunmuş qanunun icra mexanizmlərinin hazırlanması istiqamətində ciddi işlər aparılır. Bununla yanaşı, məktəbəqədər, texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, qəzalı məktəblərin əsaslı təmiri və bərpası məqsədilə Prezidentin Ehtiyat Fondundan 17 milyon manat vəsait ayrılıb».

M.Mərdanov bildirib ki, son iki ildə ölkədə 28 yeni uşaq bağçası istifadəyə verilib, 21-i əsaslı təmir olunub, 6 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb, son 20 ildə ilk dəfə olaraq həmin müəssisələr 37 adda tədris vəsaitləri ilə təmin edilib. Nəticədə Bakı şəhərində bağçalara gedən uşaqların sayı 4 min nəfər artıb, təhsilin bu pilləsi ilə əhatə səviyyəsi 26%-i ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR