Bank Of Baku

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası tələbələrlə bağlı layihə həyata keçirir

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası tələbələrlə bağlı layihə həyata keçirir
# 17 oktyabr 2009 11:32 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov-APA. Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası tərəfindən sumqayıtlı tələbələrlə işləmək məqsədilə bu şəhərdə yerləşən ali və orta ixtisas təhsil müəssisələrində görüşlər keçirilir. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bu məqsədlə Sumqayıt Dövlət Universiteti, Sumqayıt şəhər Tibb Texnikumu və Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt şəhər filialında keçirilmiş görüşdə virtual və sosial şəbəkələşmə, Sumqayıt İT Akademiya haqqında təqdimatlar nümayiş etdirilib. Görüşdə eyni zamanda tələbələrin İKT sahəsində təşkil edilən müsabiqələrdə iştirakı, onların ilkin təlimlərə cəlb edilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, hazırkı dövrə qədər əsasən məktəblilərlə işləyən Akademiyada olimpiadalara hazırlıq kursları və dərnəklər fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR