Bank Of Baku

Belarus səfiri Mingəçevirdə müharibə veteranlarına medallar təqdim edib

Belarus səfiri Mingəçevirdə müharibə veteranlarına medallar təqdim edib
# 18 oktyabr 2009 08:20 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov - APA. Belarusun Azərbaycandakı səfiri Mingəçevirdə olub. APA-nın yerli bürosunun xəbərinə görə, səfir Nikolay Patskeviç Mingəçevir şəhər İcra Hakimiyyətində 1944-cü ilin iyulunda Belarusun faşizm işğalından azad edilməsində fədakarlıq göstərən Böyük Vətən müharibəsi veteranları ilə görüşüb. Səfir veteranlar qarşısında çıxış edərək, çətin müharibə illərində Belarus xalqı ilə birlikdə faşizmlə mübarizə apardıqları üçün onlara minnətdarlığını bildirib. Sonra diplomat veteranlara Belarus hökumətinin təsis etdiyi “Faşizm üzərində qələbənin 65 illiyi” medalını azərbaycanlı veteranlara təqdim edib.

Müharibə iştirakçıları Ağakişiyev Miri Məhəmməd oğlu, Əzizov Musa Paşa oğlu, Gülalıyev Əlipaşa Əbdülxəlil oğlu, Məmmədov Zeynal Qara oğlu və Mövlayev İbrahim Abdulla oğlu medalla təltif olunduqları üçün Belarus hökumətinə minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR