Bank Of Baku

“2008-2009-cu tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sosioloji sorğunun nəticələri”nin təqdimat mərasimi keçirilib

“2008-2009-cu tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sosioloji sorğunun nəticələri”nin təqdimat mərasimi keçirilib
# 19 oktyabr 2009 09:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı layihəsi çərçivəsində “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzinin hazırladığı “2008-2009-cu tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sosioloji sorğunun nəticələri”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sorğunun keçirilməsində əsas məqsəd 1-ci siniflərdə istifadə edilmiş kurikulumun və dərsliklərin müsbət və mənfi tərəflərini aşkara çıxarmaq, gələcəkdə həyata keçirmək üçün optimal mexanizmlərin işlənilməsi və sınaqdan keçirilməsidir. Nazir deyib ki, sosioloji sorğuda 1-ci siniflərdə dərs deyən müəllimlər (943 nəfər) və valideynlər (1380 nəfər) iştirak edib. Hər iki qrup respondentlərdən üzbəüz sorğu ilə 2323 müsahibə götürülüb: “Yeni dərsliklərə köhnə dərsliklərlə müqayisədə müasirlik meyarı üzrə ən yüksək qiymət verilib. Bu dərsliklər əyanilik, düzgünlük, fənlərarası və fəndaxili inteqrasiyaya görə köhnə dərsliklərdən 7 dəfə üstündür. Sorğuda iştirak edən müəllimlər hesab ediblər ki, yeni dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması və təlim vaxtına uyğunluq baxımından geri qalır”. M. Mərdanovun sözlərinə görə, sorğuda əsas iradlardan biri də “Şagirdlər üçün iş dəftəri”nin qiymətinin baha olmasıdır: “Bu irad haqlıdır. Ona görə də 3-cü sinif dərsliklərinin komplektləri qiymətləndirilərkən “Şagirdlər üçün iş dəftəri”nin qiyməti dəqiq göstəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR