Bank Of Baku

Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək
# 19 oktyabr 2009 09:26 (UTC +04:00)
q. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, oktyabrın 20-də havanın az buludlu, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 23-25 dərəcə isti olacaq. Oktyabrın 21-də hava az buludlu, yağmursuz olacaq, səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq. Oktyabrın 22-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 6-10 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq. Oktyabrın 21-22-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 22-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti qeydə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR