Bank Of Baku

Hacıqabulu sel sularından qorumaq üçün yeni mühafizə kanalı qazılır

Hacıqabulu sel sularından qorumaq üçün yeni mühafizə kanalı qazılır
# 19 oktyabr 2009 09:42 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı-APA. Hacıqabulu sel sularından qorumaq üçün yeni mühafizə kanalı qazılır. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyətinin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Sahib Aslanov məlumat verib. Onun sözlərinə görə, gələcəkdə sel və daşqınlar kimi baş verə biləcək təbii fəlakətlərin qarşısını almaq üçün rayon mərkəzinin ətrafına uzunluğu 5 kilometrdən çox, eni isə 8 metr olan mühafizə kanalı qazılır. Mühafizə kanalının çəkilməsi rayonun daxili imkanları hesabına həyata keçirilir. Komissiya sədri qeyd edib ki, mühafizə kanalı sel sularının axın məcrasını dəyişərək su kütləsini Hacıqabul gölünə axıdacaq ki, bu, gələcəkdə rayon mərkəzini sel və daşqınlardan etibarlı qorunmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR