Bank Of Baku

Elçin Behbudov 4 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib

Elçin Behbudov 4 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib
# 19 oktyabr 2009 11:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Qaraşəhərdə yerləşən 4 saylı Cəzaçəkmə Müəssisəsində olub. E. Behbudovun APA-ya verdiyi məlumata görə, o həmin müəssisədə saxlanılan məhkumların müraciəti əsasında 20-dək qadın məhkumla fərdi olaraq görüş keçirib, onların problemləri ilə maraqlanıb. Məhkumlar saxlanma şəraiti və nəzarətçilərin münasibətindən narazı olmadıqlarını bildiriblər. E. Behbudovun sözlərinə görə, məhkumlar əsasən məhkəmə və istintaq araşdırmalarından şikayət ediblər. Məhkum qadınlar həmçinin, nümunəvi məhkumların siyahısının prokurorluq orqanlarına göndərilməsinə baxmayaraq, buna heç bir reaksiya verilməməsindən şikayətçi olublar. E. Behbudov qeyd olunan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR