Bank Of Baku

Azərbaycana “donuz qripi” əleyhinə vaksinlər noyabr-dekabr aylarında göndəriləcək

Azərbaycana “donuz qripi” əleyhinə vaksinlər noyabr-dekabr aylarında göndəriləcək
# 19 oktyabr 2009 14:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycana AH1N1 (“donuz qripi”) virusu əleyhinə vaksinlər noyabr-dekabr aylarında göndəriləcək. Bu barədə APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin layihə koordinatoru Elxan Qasımov bildirib. Onun sözlərinə görə, ÜST hələlik Azərbaycana hansı miqdarda vaksin göndərəcəyini dəqiqləşdirməyib: “Azərbaycana nə qədər vaksin gələcəyi hələlik bəlli deyil. Bəzi məsələlər var ki, hazırda bunlarla bağlı Səhiyyə Nazirliyi ilə yazışmalar gedir”. E. Qasımov bildirib ki, təhlükə böyük olsa da, hələlik Azərbaycanda virus əleyhinə aparılan işlər ÜST-ü qane edir: “Azərbaycanda virusa qarşı mübarizə və profilaktiki tədbirlər təşkil olunub. Bu, virusla mübarizə üçün kifayət qədər adekvatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR