Bank Of Baku

Azərbaycan Dillər Universitetində “Koreya-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində “Koreya-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib
# 19 oktyabr 2009 15:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetinin (ADU) Koreya dili mərkəzində “Koreya-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev, Koreyanın İnha Universitetinin professoru Youngbong Hong və Soongsil Universitetinin nümayəndələri iştirak ediblər. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair müvafiq müqavilələrin imzalandığı diqqətə çatdırılan tədbirdə bu müqavilələrin universitetlərarası əməkdaşlığa öz müsbət təsirini göstərəcəyi qeyd olunub. Tədbirdə ADU ilə Koreya universitetləri arasında həyata keçirilən müəllim-tələbə mübadiləsi proqramları, Azərbaycanda Koreya dilinin tədrisi və Koreya Respublikasında Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR