Bank Of Baku

Ukraynanın Sum şəhərinin rəhbərliyi Mingəçevirə səfər edib

Ukraynanın Sum şəhərinin rəhbərliyi Mingəçevirə səfər edib
# 19 oktyabr 2009 20:46 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Azərbaycana səfər edən Ukraynanın Sum şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Nikolayeviç Tokar və Sum vilayətinin şura sədrinin müavini Nikolay İvanoviç Lavrikin rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir şəhərində olub. APA-nın yerli bürosunun xəbərinə görə, ukraynalı qonaqlar oktyabrın 19-da Mingəçevir şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət edib, “Mingəçevir-İzolit” ASC, “Kür” Elektron Avadanlıqları İstehsalı MMC və Mingəçevir Su Elektrik Stansiyasında, eləcə də Texniki Hümanitar Liseydə olublar. Nümayəndə heyətinin üzvləri zavodların istehsal prosesi, məhsulların çeşidi və keyfiyyət göstəriciləri, bazardakı satış qiymətləri ilə maraqlanıblar. Mingəçevir şəhər İcra Hakimiyyətində keçirilən görüşdə iki şəhər arasında gələcəkdə müxtəlif sahələrdə əlaqələrin qurulması barəsində fikir mübadiləsi aparılıb, təkliflər müzakirə edilib.
Mingəçevir və Sum şəhərləri arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq əlaqələri sahəsində tərəfdaşlıq etmək barədə protokolun imzalanması gözlənilir. Görüşdə hər iki şəhərin nümayəndə heyəti bir-birinə xatirə hədiyyələri təqdim edib. Qeyd edək ki, ukraynalı qonaqlar Mingəçevirə dünən axşam gəliblər və onlar müstəqillik günü münasibətilə şəhərdə keçirilən konsertdə də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR