Bank Of Baku

Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Uşaq və Gənclərin Sülh Şəbəkəsi Liderlik Məktəbinin yetirmələri üçün tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Uşaq və Gənclərin Sülh Şəbəkəsi Liderlik Məktəbinin yetirmələri üçün tədbir keçirilib
# 19 oktyabr 2009 16:29 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 18-ci ildönümü münasibətilə Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi Liderlik Məktəbinin yetirmələri üçün tədbir keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman tədbirin iştirakçılarını - məktəbin yetirmələrini, valideynləri, müəllimləri Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın çox şaxəli fəaliyyəti barədə məlumat verilib, uşaqlar üçün Ümumdünya hərəkatının Azərbaycanda geniş vüsət aldığı, artıq onuncu ildir ki, müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilib. Tədbirdə çıxış edən tarixçi alim, professor Məşədixanım Nemətova Azərbaycanın Dövlət Müstəqilliyi günündə uşaqlarla bu görüşü təşkil etdiyinə görə Ombudsmana təşəkkürünü bildirib. O, İpək yolu üzərində mövcud olan memarlıq abidələrini araşdırdığını, ölkəmizin müxtəlif bölgələrində tarixi abidələr yaratmış neçə-neçə memar, bənna, xəttat və nəqqaşın adlarını memarlıq və incəsənət tariximizə tanıtdığını, bədnam qonşularımız ermənilərin Azərbaycana qarşı torpaq iddialarına cavab olaraq, Azərbaycanın tarixi ərazisindəki epiqrafik abidələri tədqiq etməklə, ölkəmizin ərazi bütövlüyünü sübut edən dəqiq dəlillər irəli sürdüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR