Bank Of Baku

Sabah “Azərbaycanda gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir öz işinə başlayır

Sabah “Azərbaycanda gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir öz işinə başlayır
# 19 oktyabr 2009 18:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Bakı və Gəncə şəhərlərində Avropa Şurasının dəstəyi, Azərbaycanın Gənclər və İdman Nazirliyi və “Salto Youth Resurs Mərkəzi”nin təşkilatçılığı ilə “Azərbaycanda gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir öz işinə başlayacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 25-dək davam edəcək tədbirdə Avropa Birliyinə üzv 15 ölkənin, o cümlədən Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin “Gənclər fəaliyyətdə” proqramı üzrə milli agentliklərinin rəsmi nümayəndələri, eyni zamanda Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələri iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olmaq, “Gənclər fəaliyyətdə” və “Şərq tərəfdaşlığı” proqramı üzrə Azərbaycanda, eləcə də Avropanın digər ölkələrində həyata keçirilməsi planlaşdırılan layihələrin geniş müzakirəsini aparmaqdır.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar bir neçə rəsmi görüş keçirəcək, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaq, gələcək layihələrlə bağlı müxtəlif debat və diskussiyalarda iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR