Bank Of Baku

Azərbaycan “Beynəlxalq litosfer” proqramına üzv olacaq

Azərbaycan “Beynəlxalq litosfer” proqramına üzv olacaq
# 19 oktyabr 2009 19:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Fransanın Klermon-Ferran şəhərində NATO tərəfindən “Beynəlxalq litosfer” adlı beynəlxalq konqres keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 20-dən çox ölkə iştirak edib. Tədbirdə Azərbaycanı Geologiya İnstitutunun əməkdaşları Qulam Babayev və Fuad Əliyev təmsil ediblər. Q.Babayevin “Qafqaz ərazisinin tektonik gərginlikləri: 3 ölçülü son elementlərin modelləşməsinin nəticələri”, F.Əliyevin isə “Azərbaycan ərazisində seysmik təhlükənin yeni məlumatlarla qiymətləndirilməsi” adlı məruzələri konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“Beynəlxalq litosfer” proqramının rəhbəri Sierd Klotinq Azərbaycanın proqrama üzv qəbul ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR