Bank Of Baku

Sumqayıtda 11 qazanxanada təmir işləri aparılıb

Sumqayıtda 11 qazanxanada təmir işləri aparılıb
# 20 oktyabr 2009 01:28 (UTC +04:00)
Bakı – APA. Əhalinin istilik təminatını yaxşılaşdırmaq məqsədilə «Sumqayıtistiliktəchizat» İdarəsi tərəfindən cari ilin 9 ayı ərzində ümumilikdə 11 qazanxanada təmir işləri yerinə yetirilib. Bunlar 2, 7-8-12, 10, 22, 29-cu məhəllələr, 3, 5, 12, 17-ci mikrorayonlar, H.Zeynalabdin qəsəbəsi və Təcili Tibbi yardım xəstəxanasının istilik qazanxanalarıdır.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, hazırda 6 ədəd modul tipli daşınan qazanxanalarda profilaktik təmir işləri yekunlaşdırılır. Bu məqsədlə müxtəlif diametrli 1360 p/metr istilik xətti, 440 p/metr su xətti, 145 p/metr elektrik naqilləri yenisi ilə əvəz olunub. 31 ədəd müxtəlif diametrli siyirtmələr dəyişdirilib, 18 ədəd şəbəkə nasosları və 45 ədəd siyirtmə təmir edilib.

Bundan əlavə, 10 ədəd elektrik mühərriki təmir olunub, 30 istilik qazanı çirk və ərpdən təmizlənib, müxtəlif diametrli 1250 p/metr istilik xətləri izolyasiya olunaraq torpağa basdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR