Bank Of Baku

Gürcüstan mətbuatı Ermənistandakı AES-in təhlükə törətdiyini yazıb

Gürcüstan mətbuatı Ermənistandakı AES-in təhlükə törətdiyini yazıb
# 20 oktyabr 2009 07:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Son günlər Gürcüstan mətbuatında Ermənistanın Metsamor şəhərində yerləşən Atom Elektrik Stansiyası (AES) ilə bağlı məqalələr dərc olunur. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, belə məqalələrdən biri Tiflisdə nəşr olunan “Axali Taoba” qəzetində yer alıb. Qəzet yazıb ki, AES Gürcüstan üçün təhlükə törədir. Fizik Mixail Kaviladzenin qəzetdə dərc olunan bəyanatında qeyd olunub ki, son zamanlar stansiyada qəza riski artıb. Ekspert bunu stansiyanın köhnəlməsi ilə əlaqələndirib: “Radiasiyanın sızması nəticəsində bütün Cənubi Qafqaz təhlükə ilə üzləşə bilər”.
“Axali Taoba” qəzetinin yazdığına görə, Ermənistan 2016-cı ildə enerji bloku 1200 MV gücü olan yeni AES tikməyi planlaşdırır: “Yeni stansiya köhnə stansiyadan üç dəfə güclü olacaq. Layihənin reallaşması üçün 4 milyard dollar investisiya qoyulacaq ki, bunun da əsas hissəsini “Avrasiya” bankı öhdəsinə götürüb”.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistandakı AES-in fəaliyyətinin dayandırılmasını tələb edib. Tələbdə qeyd olunub ki, stansiya yüksək dağlıq ərazidə yerləşir və qəza zamanı reaktorları soyutmaq üçün kifayət qədər su tapılmaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR