Bank Of Baku

Sumqayıtda 48602 nəfər əmək pensiyaçısı qeydiyyata alınıb

Sumqayıtda 48602 nəfər əmək pensiyaçısı qeydiyyata alınıb
# 20 oktyabr 2009 09:15 (UTC +04:00)
Bakı – APA-Economics. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində 3237 müəssisə və təşkilat, 9700 fiziki şəxs qeydiyyata alınıb. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Məlumata görə, göstərilən dövr ərzində qeydiyyatda olan müəssisə və təşkilatlardan 5985 min manat proqnoz tapşırığına qarşı 6507 min manat məcburi dövlət sosial sığorta haqqı yığılıb ki, bu da qoyulan proqnoz tapşırığın 108,7 faiz yerinə yetirilməsi deməkdir.

DSMF Sumqayıt şəhər şöbəsində hazırda 48602 nəfər əmək pensiyaçısı qeydiyyatdadır. Pensiyaçıların ümumi sayından 32328 nəfəri yaşa görə, 12987 nəfəri əlilliyə görə, 2548 nəfəri ailə başçısını itirməyinə görə pensiya alırlar. Şöbədə qeydiyyatda olan pensiyaçılara ödənilən pensiyanın bir nəfərə düşən orta aylıq məbləği 101,34 AZN təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR