Bank Of Baku

Bakı məktəblərindəki vakant müəllim yerlərinə işə qəbulla bağlı keçirilən ikinci müsabiqənin nəticələri açıqlanıb

Bakı məktəblərindəki vakant müəllim yerlərinə işə qəbulla bağlı keçirilən ikinci müsabiqənin nəticələri açıqlanıb
# 20 oktyabr 2009 09:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-2010-cu dərs ilində Bakı şəhərinin orta ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbulla bağlı keçirilən ikinci müsabiqənin nəticələri açıqlanıb. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. İşə qəbul iki mərhələdə keçirilib. Birinci mərhələdə müsabiqədə iştirak etmək üçün təqdim olunmuş elektron ərizələrdəki məlumatlar şəxsi işlərdə olan təsdiqləyici sənədlər və xüsusi meyarlar əsasında qiymətləndirilib. Müsabiqənin ikinci mərhələsinə buraxılanlarla ixtisaslar üzrə müsahibə və ya test yoxlanması aparılıb.

Qeyd edək ki, Bakının ümumtəhsil məktəblərində vakant olan 225 yerə 679 nəfər sənəd verib. Onların 576 nəfəri müsabiqəyə qatılıb. Müsabiqənin nəticəsinə əsasən 155 nəfər paytaxt məktəblərində boş olan müəllim yerlərinə işə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR