Bank Of Baku

Səbail rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş toplantı keçirilib

Səbail rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş toplantı keçirilib
# 20 oktyabr 2009 09:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhərinin Səbail rayon İcra Hakimiyyətində ötən 9 ayın yekunlarına həsr olunmuş toplantı keçirilib. APA-nın məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən müddət ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 271,6 milyon manatlıq məhsul istehsal edildiyini, istehlakçılara 272,9 milyon manatlıq məhsul göndərildiyini və xidmətlər göstərildiyini deyib. O bildirib ki, 9 ay ərzində rayonda çalışan işçilərin sayı 81 min 123 nəfər, orta aylıq əmək haqqının məbləği isə 645 manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə 3,5 faiz çoxdur.

Rayonda aparılan abadlıq işlərindən də danışan A. Əsgərovun sözlərinə görə, hazırda Xaqani bağında əsaslı təmir işləri başa çatmaq üzrədir, Fəvvarələr bağında və Nizami küçəsində əsaslı təmir və yenidənqurma işləri davam edir. Bundan əlavə, rayon ərazisində 80 həyətdə abadlıq işlərinin aparılmasına ehtiyac olduğunu söyləyən A. Əsgərov bu işin başlandığını və 9 həyətdə təmir işlərinin yekunlaşdığını qeyd edib. Qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində qaz və elektrik xətləri də dəyişdirilib.

Toplantıda rayon ərazisində yaxın gələcəkdə həyata keçiriləcək işlər barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR