Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyində Cənubi Koreya Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Təhsil Nazirliyində Cənubi Koreya Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
# 20 oktyabr 2009 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Təhsil Nazirliyində Cənubi Koreya Təhsil Nazirliyinin xaricdə təhsil bölməsinin direktoru Sin Kang Takın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Cənubi Koreyanın ən tanınmış universitetlərinin rəhbərlərinin iştirak etdiyi səfərdə əsas məqsəd iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq əlaqələrini daha da möhkəmlətməkdən ibarətdir: “Son bir neçə ildə Cənubi Koreya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri qurulub. Beş il əvvəl bu ölkədə bir nəfər də olsun azərbaycanlı tələbə təhsil almırdı, hazırda isə onların sayı 60 nəfəri keçib. Onlardan 25 nəfəri xaricdə təhsillə bağlı dövlət proqramı əsasında təhsil alanlardır. Azərbaycanın iki ali məktəbində Koreya dili tədris olunur. Hazırda Koreya universitetlərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müzakirələr aparılır”.

M. Mərdanovun sözlərinə görə, peşə təhsilinin inkişafı ilə bağlı Cənubi Koreya ilə iki ildən artıqdır danışıqlar aparılır: “Nəzərdə tutulub ki, Azərbaycanda Cənubi Koreyanın dəstəyi ilə peşə təlimi mərkəzi yaradılsın. Cənubi Koreyanın yüksək surətlə inkişaf etməsinin əsas səbəblərindən biri bu ölkədə peşə təhsilinin inkişafıdır. Azərbaycan da bu təcrübədən yararlanmaq istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR