Bank Of Baku

Bakıda I Koreya Təhsil Sərgisi keçirilib

Bakıda I Koreya Təhsil Sərgisi keçirilib
# 20 oktyabr 2009 12:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda 1-ci Koreya Təhsil Sərgisi öz işinə başlayıb. APA-nın məlumatına görə, Təhsil Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi, SEBA və Koreya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreyanın 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edir. Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri ilbəil inkişaf edir: “Azərbaycanda Koreya universitetlərinə maraq çox böyükdür. Hazırda bu ölkədə 60-dan çox azərbaycanlı gənc təhsil alır. Qarşıdakı illərdə onların sayını daha da artırmaq niyyətindəyik”.

Cənubi Koreyanın Azərbaycandakı səfiri Yu Kvanq Ço isə bildirib ki, Azərbaycanla Koreya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2006-2007-ci illərdə isə hər iki ölkədə səfirliklər açılıb. Azərbaycanla iqtisadi, siyasi, elm, təhsil, turizm və idman sahələrində geniş əməkdaşlıq edildiyini vurğulayan səfirin sözlərinə görə, keçirilən sərgi azərbaycanlı gənclərin Koreya universitetləri ilə daha yaxından tanış olmalarına, Koreyada təhsil almaq arzularını reallaşdırmağa kömək edəcək. Qeyd edək ki, sərgi bu gün saat 18.00-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR